​Kişini öldürdü, evində basdırdı, qadını isə... - Beyləqanda DƏHŞƏTLİ OLAY

Baxış sayı:
3364

Aprelin 3-də Beyləqan şəhərində şəhər sakini Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da şəhər sakini Kənan Məhərrəmovu Beyləqan şəhərindəki yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib.
K.Məhərrəmovun meyiti eksqumasiya edilib.