​"Kişilər xəyanət edə bilər" – MÜĞƏNNİNİN BU SÖZÜNƏ GÖRƏ KANAL CƏRİMƏLƏNDİ

Türkiyəli müğənni-aparıcı Hülya Avşarın verilişində "Kişilər xanımlarına hiss etdirmədən xəyanət edə bilərlər" sözləri Star TV-nin başını bəlaya salıb.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, Radio-Televiziya Üst Qurumu (RTÜK) telekanala rekord məbləğdə cərimə müəyyən edib. Cəmiyyət tərəfindən də hiddətlə qarşılanan Hülyanın sözləri "əxlaqdan kənar vəziyyətin məcburiyyət olaraq diktə edilməsi", "cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunmasına zidd sözlər" kimi qəbul edilərək cərimə müəyyən edilib. Məbləğ açıqlanmasa da, cərimənin ən yüksək miqdarda olması qeyd olunub.