“Kişilər toy gecəsindən 6 ay öncə alkoqoldan çəkinsələr, uşaqları sağlam doğular...”

Baxış sayı:
649

Kişilər övladlarının sağlam ürəklə doğulmasını istəyirlərsə, toy gecəsindən  və ya sonrakı illərdə ana bətninin mayalanmasına cəhd etmədən altı ay əvvəldən alkoqol qəbulunu dayandırmalıdırlar. 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu tövsiyə  bütün dünya üzrə aparılan 30 illik araşdırmanın nəticələrinin müzakirəsindən sonra Avropa kardiologiya jurnalında dərc edilib.
"Bu tərzdə aparılan  ilkin analizlər göstərib ki, əgər kişi döllənmədən  öncəki 3 ay ərzində spirtli içki qəbul edibsə, övladının ürək qüsuru olması ehtimalı alkoqolu 3 ay öncə tərgidəcəyi haldan 44% daha yüksək olur. Ataları müntəzəm olaraq bir oturuma  5 və daha çox  qədəh alkoqollu içki içən uşaqlar ürək problemlərindən 52% daha çox əziyyət çəkirlər "-deyə elmi nəşr bildirir.