"Kişi kimi oynamaq lazım idi" - Şoudan çıxarılan Aqşin Fateh sakitləşmir

Baxış sayı:
7723

Ötən gün "Maşın" şounu tərk edən meyxanaçı Aqşin Fateh açıqlama verib. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, şounun İnstaqram səhifəsində yerləşdirilən videoda sənətçi oyunun qurbanı olduğunu deyib: "Bilirdim belə olacaq. Əvvəldən qurma idi: Nazim Pişiyari, Niyam Salami, Ramal İsrafilov. Nazim demişdi ki, 5-6 gün buradayam, girib onların içində aranı qarışdıracam. Biz danışmışdıq ki, məni çıxarın, mən gedim səsverməyə. Amma aralarında qurdular ki, Niyam Salami çıxsın, Nazimin adından istifadə edib səs yığsın. Sonda isə məni çıxarsın. Oyundur, amma oyunu da kişi kimi oynayarlar". Qeyd edək ki, Niyam səs toplayaraq Aqşini oyundan uzaqlaşdırıb.