Kişi arvadını BALTALADI - Hacıqabulda

Baxış sayı:
5433

Hacıqabulda kişi arvadını baltalayıb. 
Rayonun Koroğlu küçəsi 14 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Adəm Hüseynqulu oğlu Qəmbərov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Xalidə Nurəddin qızı Qəmbərovaya balta ilə xəsarət yetirib. 
X.Qəmbərova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.(apa)