​Kirill Varfolomeyi təhdid etdi: Dəhşətli məhkəmə…

Baxış sayı:
6604

Rus Pravoslav Kilsəsinin rəhbəri Kirill Konstantinopol Patriarxı Varfolomeyə məktub göndərilib.
Muxalifet.az xəbər verir ki, məktubda Kirill Varfolomeyi Kiyevə avtokefaliya verməkdən imtinaya səsləyib. O, həmçinin, Ukrayna məsələsinin siyasiləşdirildiyini və onun müqəddəs qaydalara uyğun qaydada həll edilmədiyini bildirib.
Kiril məktubunda Varfolomeyə yalan məlumatlar verildiyini də iddia edib. Rus Pravoslav Kilsəsinin rəhbəri Varfolomeyin Ukrayna məsələsində mövqeyini dəyişməyəcəyi təqdirdə pravoslav dünyasında liderliyini itirəcəyini və ukraynalılara vurduğu zərərə görə dəhşətli məhkəməyə məruz qalacağını deyib.