Kirayələdiyi “Lamborghini” ilə dörd saata 33 dəfə cərimələndi

Baxış sayı:
6241

Böyük Britaniya vətəndaşı olan 25 yaşlı turist Dubayda “Lamborghini Huracan” markalı avtomobili kirayəyə götürüb və dörd saat ərzində 33 dəfə sürət həddini aşıb. Məlumatlara görə, sürücü saatda 240 kilometr sürətlə hərəkət edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “The National” nəşri məlumat yayıb.
“Saeed Ali Rent” şirkətinin məlumatına görə, onlar avtomobili kirayəyə verdikdən bir gün sonra cərimələrlə bağlı bildirişlər almağa başlayıb. Cərimələrin ümumi məbləği 175 min dirhəm (təxminən 47 645 ABŞ dolları) olub. Lüks avtomobilin iki günlük kirayəsi isə turistə 6 min dirhəmə (təxminən 1634 dollara) başa gəlib.
Şirkət cərimələri ödəyənədək avtomobili turistdən geri götürməməklə bağlı qərar qəbul edib. Çünki avtomobil geri qaytarılsa, cərimələri şirkət ödəməli olacaq.