Kipr üzrə danışıqlar nəticəsiz başa çatıb

İsveçrənin Kran-Montane şəhərində Kipr problemi üzrə beynəlxalq konfransda danışıqlar nəticəsiz başa çatıb.
 
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə BMT baş katibi Antoniu Quterreş bildirib.
 “Mən böyük təəssüflə bildirməliyəm ki, bütün nümayəndə heyətlərinin və görüş iştirakçılarının məsələdə maraqlı olmasına baxmayaraq... Kipr üzrə konfrans nəticəsiz başa çatıb”, - deyə  Quterreş bildirib.
 Xatırladaq ki, ən mürəkkəb məsələlər sırasında qoşunların adadan çıxarılması və Kipr üçün təzminatlar sisteminin ləğv edilməsi olub