​Kipr deputatından Bakıya seçki mesajı

Baxış sayı:
1123

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkənin inkişafının davamı olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin üzvü Bertan Zaroğlu “sechki-2018.az” saytına açıqlamasında deyib. O qeyd edib ki, bu gün Azərbaycan türk dünyasının ən inkişaf etmiş ölkələrindəndir:
“Azərbaycanın tutduğu düzgün yol, qazandığı böyük nailiyyətlər türk dünyası üçün böyük bir önəm daşıyır. Mən Azərbaycanı öz vətənim hesab edirəm. Bu ölkədə keçirilən seçkilər başda olmaqla, bütün siyasi prosesləri hər zaman izləyirəm.
Bu günə qədər Azərbaycanda formalaşan uğurlu seçki təcrübəsinə əsaslanaraq inamla deyə bilərəm ki, 11 aprel seçkiləri də şəffaf və demokratik şəraitdə keçəcək”.