Əkin sahəsinə girdiyi üçün heyvanları güllələyib - MASALLIDA

Masallı sakini əkin sahəsinə girən heyvanları odlu silahla vurub.
 
Rayonun Kolatan kəndində yaşayan 1958-ci il təvəllüdlü Allahşükür Yaqub oğlu Məmmədovun noxud tarlasına iribuynuzlu heyvanlar girib. Tarla sahibi özünə məxsus tüfənglə heyvanlara atəş açıb. Nəticədə 4 iribuynuzlu heyvan yaralanıb.
 Hadisə ilə bağlı 102 xidmətinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gəlib.
 Fakt araşdırılır.