​“KİMYƏVİ TERRORÇULUQ YAYILA BİLƏR” - Lavrov

Baxış sayı:
728

Muxalifət.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiondakı terrorçuların kimyəvi silah hazırlamağı bacarmaları, kimyəvi terrorçuluğun Yaxın Şərq sərhədlərindən kənara yayılmaq riskinin olduğunu bəyan edib.
Lavrov BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib: “Əcnəbi terrorçuların sayının həddən artıq olduğunu nəzərə alsaq, kimyəvi terrorçuluq təhdidinin Yaxın Şərq sərhədlərindən kənara yayılması təhdidini nəzərə almamaq mümkün deyil”.
Lavrov Suriya və İraqa xaricdən gələn terorçuların kimyəvi silah hazırlamaqla bağlı praktiki təcrübəyə malik olduqlarını da vurğulayıb.