Kimyəvi maddələr fabrikində DƏHŞƏTLİ YANĞIN: 48 yanğınsöndürən göndərildi

Baxış sayı:
25603

Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində fəaliyyət göstərən kimyəvi maddələrin istehsalı zavodunda yanğın çıxıb. Muxalifet.az xəbər verir ki, Orxanlı Dəniz Sənaye Bölgəsi Dəri Yan Sənaye Şəhərində fəaliyyət göstərən Ema Kimya Sistemləri – Huntsmana aid fabrikdə baş verən yanğını söndürmək üçün 48 yanğınsöndürən briqada cəlb olunub. Yanğından sonra ard-arda partlayışlar meydana gəlib. Güclü külək alovu ətraf bölgələrə yayılıb və avtomobillərə zərər vurub. İstanbul Böyükşəhər Bələdiyyəsi Yanğınsöndürmə Dairəsinin rəhbəri Ali Karahan yanğında ölən və ya yaralananların olmadığını bildirib.