“Kimyəvi hücuma görə Suriya və Rusiya məsuliyyət daşıyırlar” - TRAMP

Baxış sayı:
2458

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Suriyadakı kimyəvi silah tətbiqi ilə hücuma görə Suriya və Rusiya məsuliyyət daşıyırlar. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
Jurnalistin Moskvanın Suriyada kimyəvi silah tətbiqini inkar etməsi barədə sualını cavablandırarkən Sanders deyib ki, ABŞ kəşfiyyatının bu barədə başqa məlumatı var.
“Tramp hesab edir ki, bu hücuma görə Suriya və Rusiya məsuliyyət daşıyırlar”, - brifinqdə Sanders jurnalistlərə bildirib.