​Kimya zavodunda partlayış - yaralılar var

Baxış sayı:
6673

ABŞ-ın İllinoys ştatında kimya zavodunda partlayış baş verib.
Unikal.org-un məlumatına görə, hadisə nəticəsində azı dörd nəfər xəsarət alıb.
Hazırda partlayış anında zavodda nə qədər işçinin olduğu müəyyənləşdirilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Polis partlayışın səbəbləri ilə bağlı araşdırma aparır.