KİMSƏ ROBOT OLDUĞUNUN FƏRQİNƏ VARMADI -Çin ingilis dilində danışan ilk humanoid aparıcısını təqdim etdi / VIDEO

Baxış sayı:
1030

Çində keçirilən Dünya İnternet Konfransında ev sahibi olan ölkə dünyada ilk ingilisdilli süni intellektli xəbər aparıcısını təqdim edib. Robot aparıcının səsi və görkəmi Xinhua informasiya agentliyinin canlı aparıcısı olan Canq Caoya bənzədilib. Çinin ilk robot xəbərçisi Dünya İnternet Konfransında çıxış edib.

“Şinhua Nyus” kanalının ingilis dilindəki xidmətində xəbərlər bundan sonra eynilə insana bənzəyən robot tərəfindən təqdim ediləcək. Xəbərlər aparıcısı olan robotun ilk çıxışı belə olub: “Hamıya salamlar! Mən ingilis dilində danışan süni intellektli aparıcıyam. Bu mənim “Xinhua Nyus” kanalındakı ilk günümdür. Görünüşüm və səsim “Xinhua”da işləyən Canq Caoya bənzədilib. Media sənayesinin beynəlxalq inkişaf eləmiş texnolgiyalara inteqrasiyası və innovasiyası məqsədilə hazırlandım. Yorulmadan çalışaraq, sistemimə yazılan məlumatları sizinlə paylaşacağam. Yeni xəbərləri sizinlə paylaşmaq üçün səbrsizliklə gözləyirəm”.

İnternet konfransına təbrik məktubu göndərən Çin prezidenti Si Szinpin bildirib: “Dünya dərin bir elm və texnologiya inqilabı və sənaye çevrişi içərisindədir. Rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirməli və qlobal internet idarə sistemini təşviq eləməliyik”.

Süni zəkanın təhlükəsizlik, iqtisadiyyat və təhsil kimi sahələrdə istifadəsinin artması Çin Kommunist Partiyasının ölkədə qarşısına qoyduğu prioritet məsələlərdəndir.

Hurriyyet.org