Kimsə gözlərinə inanmadı: Çantadan 27 cüt İNSAN ƏLİ ÇIXDI

Baxış sayı:
11113

Rusiyada bir çayın sahilində tapılan çantadan 54 ədəd insan əli çıxıb. Təhlükəsizlik qüvvələri mövzu ilə bağlı şərh verməkdən çəkinsə də, məsələnin sirri hələ də çözülməmişdir.
 
Rusiyada bir çantada sarılı şəkildə 27 cüt insan əli tapılıb. Çin sərhədinə yaxın, Sibirdəki Xabarovsk şəhərində olan bir çayın qırağında tapılan 27 cüt əlin sirri hələ də aydınlaşmamışdır.
 
RUSİYADA ÇAY SAHİLİNDƏKİ ÇANTANIN İÇİNDƏ 27 CÜT İNSAN ƏLİ
 
Bir çayın sahilində tapölan əllərin sirri ilə bağlı bir neçə nəzəriyyə ortaya atılıb, ancaq polis bunu təsdiqləməyib. Çantanı tapan polis məmuru, ətrafda başqa şübhəli bir şeyə rast gəlmədiyini deyib.
 
FƏRZİYYƏLƏR TƏSDİQLƏNMİŞ DEYİL
 
Əllər ilə bağlı fərziyyələrdən biri oğurluq nəticəsində tutulduqları zaman kəsildiyi, digəri isə xəstəxanadakı ölü bədənlərdən amputasiya olunduğu yönündədir. Başqa bir iddia isə cinayətkar şəbəkələrin bədənin kimə aid olduğunun müəyyən edilməsinin qarşısını almaq üçün əlləri kəsdiyi istiqamətindədir.
 
ƏLLƏRİN YANINDA XƏSTƏXANA AVADANLIQLARI TAPILDI
 
Qalıqların yanında tibbi bintlər və xəstəxanalarda istifadə edilən ayaqqabı qaloşları da olub. Polis məsələ haqqında hər hansı bir şərh verməyib.
Müxalifət.az