“Kiminsə istəyilə deyil ki, parlament özü-özünü buraxsın” – MAHİR DƏRZİYEV

Baxış sayı:
4792

“Mən özüm 2009-cu ildə 2 ay o parlamentin qarşısında çadırlarda yatmışam...” “Bu, “Gürcü Arzusu”nun sonu demək deyil. Amma çox təəssüfedici bir haldır. Yəni çox dəyərli insanlar partiyanı tərk elədilər. Neçə illər bir yerdə olduğumuz partiya üçün çox qiymətli insanlardır. Amma partiyanın əsas özəyi yerindədir”. Muxalifet.az xəbər verir ki, bu haqda “Hürriyyət”ə açıqlamsında Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının deputatı Mahir Dərziyev bildirib. Deputat dünən müxalifətin Rustaveli prospektində, parlamentin qarşısında keçirdiyi aksiyaya da münasibətini bildirib: “Müxalifət birləşmək üçün məsləhətləşmələr üçün toplaşıb. Parlamentin qarşında da davamlı aksiyaların başlanmasını elan ediblər. Bu gecə də nümayişçilərin bir qismi orada qalıb. Yəni aksiyalar başlayacaq. Bu, gözlənilən idi. Mən özüm 2009-cu ildə 2 ay o parlamentin qarşısında çadırlarda yatmışam. O dövrdə biz toplaşmaq, öz fikrimizi azad ifadə etmək hüququmuzdan istifadə elədik. Bu gün də eyni haldır. Təbii bu, onların Konstitusiya ilə təmin olunmuş hüququdur. Yenə də deyirəm ki, burada vətəndaşın təpkisi gözlənilən idi. Mən özüm də bir iqtidar partiyasının nümayəndəsi olaraq bu qanun layihəsinin tərəfdarı idim, buna səs verdim. Mənim kimi iqtidar partiyasında olan çoxlu insan da səmimi olaraq inanır ki, Gürcüstan üçün ən düzgün, uğurlu bir modeldir və buna keçid labüddür. Onsuz da burada 4 il fərqi var, 2020-ci il də buna keçilməsə də, 2024-cü ildə buna keçiləcək. Amma indi cəmiyyət istəyirdisə, tələb edirdisə, bu seçki sisteminə indi keçilməsi daha düzgün olardı, amma təəssüf ki, alınmadı”. “Posedur qaydalarına uyğun gəlməsə, parlament buraxıla bilməz” “Bəli, müxalifət növbədənkənar parlament seçkisi, hətta hökumətin istefasını tələb edir, amma növbədənkənar parlament seçkisi, yəni parlamentin buraxılması elə-belə baş vermir, bunun bir müəyyən proseduru var. Yəni kiminsə istəyilə deyil ki, parlament özü-özünü buraxsın, konstitusiya ilə müəyyən olunmuş prosedur var. Parlament bir neçə hallarda buraxıla bilər. Məsələn, müəyyən olunmuş müddətdə büdcəni qəbul edə bilməsə və ya hökumətin tərkibinə etimad göstərməsə, yəni hökumət böhranı yaransa, parlament buraxıla bilər. Dünən bizim partiyanın liderlərinin bəyanatları səsləndi, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etdilər, amma müxalifətin də belə tələbləri var ki, növbədəkənar parlament seçkiləri keçirilsin. Ancaq bu gün prosedur gərəyi parlamentin buraxılması üçün heç bir əsas yoxdur. Yəni kiminsə şıltaqlığı, tələbi ilə, hətta bu gün bunu iqtidar partiyası özü istəsə belə, posedur qaydalarına uyğun gəlməsə, parlament buraxıla bilməz”,-deyə deputat vurğuladı.