​"Kimin özəl söhbəti varsa, çölə çıxsın" – VITSE-SPIKER DEPUTATLARA ƏSƏBLƏŞDİ

Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatlara xəbərdarlıq edib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, B.Muradova bəzi deputatların iclasda sakitliyə riayət etməmələrinə irad tutub: “Kimin özəl söhbəti varsa, çölə çıxsın. Burada səsinizdən iclasdakı müzakirələri eşidə bilmirik”.
Parlamentin Komitə sədri Hadı Rəcəbli buna görə B.Muradova təşəkkürünü bildirib.