Kim Trampdan üçüncü görüşün təklifini gözləyir

Baxış sayı:
3466

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In uğursuz Hanoy görüşündən sonra ABŞ prezidenti Donald Trampla üçüncü dəfə görüşməyə hazır olduğunu bəyan edib.
 
“TASS” agentliyinin verdiyi xəbərə görə,  Şimali Koreya lideri bildirib ki, əgər ABŞ hər iki tərəfi əlaqələndirən məsələlərlə bağlı həll yolunu tapsa və düzgün mövqe sərgiləyərək növbəti görüşün keçirilməyini təklif etsə, o, imtina etməyəcək.
 
“Əks təqdirdə nüvə məsələsinin həll olunması ilə bağlı perspektiv “təhlükəli” olacaq”, - deyə Kim Çen In söyləyib.
 
Xatırladaq ki, 27-28 fevral tarixlərində Vyetnamın Hanoy şəhərində ikinci ABŞ və KXDR zirvəsi keçirilib. Tərəflər sammitin yekunları üzrə razılığa gələ bilməyiblər./qafqazinfo