​Kim deyir ki, Ermənistanda hərəkət yoxdur?” – “Hərəkət də var, fəaliyyət də...”

Baxış sayı:
163

Tofiq Abbasov: “Amma bu, geriyə, uçuruma, fəlakətə aparan fəaliyyətdir”
“Qarabağ probleminin Azərbaycan üçün ağır nəticələrə səbəb olduğu, torpaqlarımızın bir hissəsinin zəbt edildiyi hər kəsə məlumdur. Lakin bu da bir həqiqətdir ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq özündə güc tapa, iqtisadi inkişaf və tərəqqiyə nail ola bilib”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspertin sözlərinə görə, bu müddət ərzində Ermənistanda da xeyli fəaliyyət və hərəkətlilik müşahidə edilsə də, bunlar Ermənistanı uçuruma sürükləyən hərəkətlər olub:
“Kim deyir ki, Ermənistanda hərəkət yoxdur? Ermənistanda hərəkət də  var, fəaliyyət də. Lakin bu hərəkət və fəaliyyət Ermənistanı irəliyə deyil, geriyə aparan, onu uçuruma sürükləyən hərəkətlərdir. Azərbaycandan fərqli olaraq, Ermənistan ölkə həyatının heç bir sahəsində uğura nail ola bilməyib. Ermənistan iqtisadiyyatı acınacaqlı vəziyyətdədir və onu irəli aparmaq səyləri heç bir nəticə vermir. Ermənistan öz işğalçılıq siyasətinin əsirinə çevrilib. Nə qədər ki, düşmən bu siyasətdən imtina etməyib, onun  normal iqtisadi inkişafa nail olması, həqiqi mənada uğur qazanması mümkün olmayacaq”.