Kim Çeninin məxfi məktubu Trampda - SON XƏBƏR

Baxış sayı:
4993

Şimali Koreya lideri Kim Çeninin şəxsi məktubu ABŞ Prezidenti Donald Trampa çatdırılıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, məktubu Vaşinqtona Cənubi Koreyanın Pxenyana səfər edən nümayəndəsi Çon İy Yen aparıb.
Qeyd edək ki, Cənubi və Şimali Koreya nümayəndələri arasında görüş martın 5-də keçirilib. Tramp görüşdən sonra yayımlanan bəyanatı müsbət qiymətləndirib.