​Kim Çenin olduğu qatar Çin sərhədini keçdi?

Baxış sayı:
12316

İçərisində Koreya Xalq Demokratik Respublikasının (KXDR) yüksək vəzifəli rəsmisinin olduğu güman edilən qatar yerli vaxtla saat 22:15-də Çinin Dandun həmsərhəd şəhərinə çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Yonhap agentliyi açıqlanmayan mənbələrə istinadla məlumat yayıb. Agentlik KXDR-Çin sərhədindəki yüksək səviyyədə təhlükəsizlik tədbirlərini əsas götürərək qatarda Şimali Koreya lideri Kim Çen İnin olması ehtimalını irəli sürür. Qatar iki ölkənin sərhədini keçərkən təhlükəsizlik qüvvələrinin onlarla avtomobili və əməkdaşı yolları bağlayıblar. Qatarın yanvarın 8-də səhər saatlarında Pekinə çatacağı güman olunur.
Qeyd edək ki, KXDR lideri Kim Çen İn ötən il 3 dəfə Çinə səfər edərək bu ölkənin Sədri Si Cinpin ilə görüşüb. O, mart ayında ilk səfərində də Pekinə qatarla gəlmişdi. Lakin hər iki ölkənin rəsmi KİV-ləri bu barədə səfər başa çatandan sonra ictimaiyyətə məlumat yaydılar.