Kim Çen İn yenidən Çinə səfər etdi: BU DƏFƏ…

Baxış sayı:
6826

Şimali Koreya lideri Kim Çen İn Çinin Dalyan şəhərinə səfər edib.
Muxalifət.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Xəbərə görə, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Koreya liderinin ora təyyarə ilə gəldiyi bildirilir. Onun Çinin istehsal etdiyi ilk təyyarədaşıyan gəminin sınağında iştirak edəcəyi güman olunur.
Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, xarici işlər naziri Vani də Dalyan şəhərindədir. Onun Koreya rəhbəri ilə görüşəcəyi deyilir.
Xatırladaq ki, bu il martın sonunda Kim Çen Pekinə qatarla səfər etmişdi. Bu, onun 2011-ci ilin dekabrında hakimiyyətə gəldikdən sonra ilk xarici səfəri idi.