Kim Çen İn xanım nazirə məktub yazdı – “Çirkin və qorxusuz Tramp rəhbərliyinə qarşı...”

Avstraliya xarici işlər naziri Yuli Bişop Şimali Koreyadan qərb ölkələrinin parlamentlərinə xitabən yazılmış “açıq məktub” aldıqlarını bildirib.
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya bəzi Qərb ölkələrinə göndərdiyi açıq məktubda “çirkin və qorxusuz Tramp rəhbərliyi”nə qarşı ehtiyatlı olunması üçün çağırış edib. Şimali Koreya Xarici İşlər Nazirliyi tərəfindən yazıldığı düşünülən məktubun gizlincə bir çox qərb ölkəsinə göndərildiyi güman edilir. Məktubun ortaya çıxması Avstraliya xarici işlər naziri Yuli Bişopun adı ilə bağlı olub . Bir çox Avropa ölkələrin parlamentlərinə xitabən yazılan məktubda "Trump əgər nüvə ölkəsi olan Şimali Koreyaya nüvə müharibəsi təhdidi ilə diz çöktürəcəyini düşünürsə, bu, onun cəhalətindən xəbər verir" ifadələri yer alıb. "Bu Avstraliyanın Şimali Koreyadan aldığı ilk məktubdur. Dünyaya rəsmi mesajlar bu şəkildə çatdırılmamalıdır" deyə bildirən Bişop məktubun beynəlxalq cəmiyyəti parçalamağa istiqamətlənmiş çarəsiz bir cəhd olduğunu bildirib.