​Kim Çen Trampın addımını gözləyir - Rusiya

Baxış sayı:
3427

Şimali Koreya lideri Kim Çen İn nüvəsizləşdirmə prosesində birtərəfli addım atmayacaq və ABŞ-ın da bu sahədə qarşılıqlı addım atmasını gözləyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko Kim Çenlə görüşü barədə danışarkən deyib.
Putinin məktubunu Kim Çenə çatdıran Matviyenko qeyd edib ki, Şimali Koreya lideri Rusiyanın ABŞ-ın sanksiyaları yüngülləşdirməsini dəstəklədiyinə ümid etdiyini bildirib.