Kim Çen Trampı ALDATDI: Nüvə sınağı əslində niyə dayanıb?

Baxış sayı:
4873

Şimali Koreyanın sülh sazişi imzalanması üçün nüvə proqramından imtina etməyə hazır olduğu bildirilsə də, çinli elm adamları məsələnin arxasında başqa bir səbəb dayandığını iddia edib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Şimali Koreyanın nüvə sınaqlarını keçirdiyi poliqonda və Mantap dağı ərazisində əslində çökmə baş verdiyi və məhz bunun Kim Çenin geri addım atmasına səbəb olduğu bildirilib.
Şimali Koreyanın nüvə poliqonunun yararsız hala gəlməsinə səbəb kimi ötən ilin payızında baş verən qəzadır. Həmin vaxt partlayış nəticəsində əmələ gələn çatlardan radioaktiv maddə sızıntısı olduğu bildirilib.
İddia edilir ki, yeni nüvə sınağının həyata keçiriləcəyi halda bölgədə fəlakət baş verə bilər.