Kim Çen Əsədə kimyəvi silahlar göndərirmiş - Röyter

BMT-nin müstəqil ekspertləri son yarım ildə iki dəfə Şimali Koreyadan Suriyanın Elmi Tədqiqatlar Mərkəzinə göndərilən yüklərin tutulduğunu bəyan edib.
 
Bu barədə BMT ekspertlərinin gizli məruzəsində bildirilir. Bu məruzə ilə bağlı bilgilər "Röyter" agentliyinə sızdırılıb.
"BMT-nin üzvü olan iki dövlət Suriya üçün göndərilən yükü ələ keçirib", - "Röyter" məruzəyə istinadən yazıb. Sənəddə həmin yüklərin nədən ibarət olduğu açıqlanmır. Eyni zamanda həmin yüklərin nə vaxt və harada saxlanıldığı da deyilməyib. Yalnız o məlumdur ki, bu əməliyyatlar KXDR və Suriyanın qadağan olunan kimyəvi silah və ballistik raketlər sahəsində birgə fəaliyyəti barədə informasiyanın BMT tərəfindən yoxlanılması çərçivəsində həyata keçirilib.