​Kim Çen In nüvə sınaqlarını dayandırmağı VƏD ETDİ

Baxış sayı:
7291

"Şimali Koreya nüvə və raket sınaqları keçirməyəcək".
Muxalifət.az xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön ilə danışıqlar zamanı Şimali Koreya lideri Kim Çen In bəyan edib. O bildirib ki, ABŞ prezidenti ilə təkbətək görüş keçirəcək.
Mətbuata məlumat verən Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön onu da əlavə edib ki, bu barədə ABŞ prezidenti Donald Trampa da məlumat verilib: "Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o, Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib".