​Kim Çen İn İtaliyada – Foto

İtaliyada əkin sahələrindən birində Şimali Koreya lideri Kim Çen İnin portreti peyda olub.
Muxalifet.az xəbər verir ki, bu barədə yerli “II Gazzettino” nəşri informasiya yayıb.
Portret italiyalı sənətçi Dario Qambarinin əsəridir. Şəkil Verona yaxınlığındakı Kastaqnaro şəhərində təxminən 2 hektar ərazidə yerləşir.
Şimali Koreya liderinin təsvirində baş hissədə iki raket təsvir olunub və aşağıda "Danger" (təhlükə) yazılıb.
“Mənim işim yalnız bu problemi mümkün qədər tez və diplomatik yolla həll etmək arzusunu ifadə edir”, - Qambarin deyib.