Kim Çen İn dəli olub - ŞOK İDDİA

İngiltərənin “Sun” qəzeti Kim Çen İnin müalicəsi üçün qəbul etdiyi dərmanların onu dəlilik həddinə çatdırdığını iddia edib.
 
Qəzet Kim Çenin podaqra (oynaqların xroniki iltihabi xəstəliyi - red.) xəstəliyinə tutulduğunu və müalicə dövründə istifadə etdiyi dərmanların ona mənfi təsir etdiyini yazıb.
Həkimlərin şərhlərinə yer verilən xəbərdə diktatorun son dövrlərdə çoxlu miqdarda pendir yeməsi və Fransız qırmızı şərabını içməsi onun xəstələnməsinin ən böyük səbəbi kimi göstərilib./axar.az