KİM ÇEN IN "DİRİLDİ" - Şimali Koreya lideri ictimaiyyət qarşısına çıxdı

Baxış sayı:
4135

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib.
Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.
Bu, dövlət başçısının 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxmasıdır.
"Hörmətli ali sədr, yoldaş Kim Çen In mərasimdə iştirak edərək tikintinin tamamlanması simvolu olan lenti şəxsən kəsdi", - agentlik qeyd edib.
Daha əvvəl ölkənin “Nodon sinmun” qəzeti bildirib ki, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri sənədlərlə işləməyə davam edir. O, Vonsan-Kalmanın şərq sahilində turizm zonasının inşaatçılarına minnətdarlıq məktubu göndərib./Report