​Kim Çen In BMT-nin sanksiyalarına belə cavab verdi - FOTOLAR

Şimali Koreya lideri Kim Çen In paytaxt Pxenyanda yerləşən kosmetika fabrikini ziyarət edib.
O, fabrikə cəmiyyətdə nadir halda görünən həyat yoldaşı Ri Sol Ju və bacısı Kim Yo Çen ilə birlikdə gedib.
Prezidentin ziyarət fotoları Şimali Koreya dövlət televiziyası tərəfindən yayımlanıb. Fotolar Birləşmiş Millətlər Təşkilatının Şimali Koreyaya lüks məhsulların idxalını qadağan edən sanskiyalardan dərhal sonra yayımlanıb.
Şimali koreyalı analitik prezidentin xanımı və bacısı ilə birlikdə görüntülənməsini şərh edib. O, Kim Çen Inın ailə üzvləri ilə birlikdə ziyarətlər həyata keçirməsini qan bağına verdiyi dəyərin göstəricisi olduğunu deyib:
“Prezidentin ailəsi ilə birlikdə media qarşısına çıxması ailəsinin onun üçün öncəlik daşıdığını, qan bağına önəm verdiyini və yerini uşaqlarına verəcəyini simvolizə edir”.
Kim Çen In, adətən, hərbi sahələrə və məkanlara daha çox diqqət yetirir və ziyarət edir. Onun kosmetika fabrikinə baş çəkməsi təəccübə səbəb olub./publika.az/