​Kim Çen açıqladı: ABŞ-la razılaşmaya sadiqik

Baxış sayı:
1021

Sinqapurda ABŞ-la əldə edilən razılaşmalara sadiqik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen İn deyib.
“Pxenyan Vaşinqtonla əldə edilən razılaşmaya sadiqdir və buna uyğun tədbirlər görür”, - deyə koreyalı lider bildirib.
Kim Çen İn eyni zamanda vurğulayıb ki, ABŞ-ın da öv növbəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı lazımi addımlar atacağına ümid edir.
Xatırladaq ki, 12 iyunda Sinqapurda ABŞ lideri Donald Trampla Şimali Koreyanın dövlət başçısı Kim Çen İn arasında görüş baş tutmuşdu.