Kilsədə etiraz: “Utanın”, deyə qışqırıb arxalarına döndülər

Baxış sayı:
6676

Vaşinqtondakı bir kilsədə bazar ayini etirazlarla yadda qalıb.
 
Katolik kilsələri cinsi istismar araşdırmaları qarşısında çətin vəziyyətdə ikən, kardinal Donald Wuerl, bazar günkü moizəsində Katolik kliəsində baş verən uşaq istismarı hallarına toxunduğu zaman böyük bir şok yaşayıb. Klisədə moizə dinləyən bir adam ayağa qalxıb, “Özünüzdən utanın” deyə qışqırmağa başlayıb. Sonra bir qadın da baş rahibə arxasını çevirib.
“CNN International”-ın xəbərinə görə, ABŞ-ın paytaxtı Vaşinqtonda bazar ayini zamanı kardinal Wuerl, klisə camaatından dualarını Papa Frensisdən əskik etməmələrini istəyib. O zaman Bian Garfield adlı şəxs ayağa qalxıb, “Özünüzdən utanın” deyə qışqırıb, sürətli addımlarla kilsəni tərk edib.
Qəzəbli adam, jurnalistlərə hadisə ilə bağlı, “Kilsələrdə baş verənlərin ortaya çıxmasından sonra cəmiyyətdən gözlədiyim təpkini görmədim. Tanrıya inancım tamdır, amma eyni şeyi kilsə üçün deyə bilmərəm" deyib.
Müxalifət.az