Kilsədə BİABIRÇILIQ - Azyaşlılar 60 ildir cinsi təcavüzə uğrayır

Almaniyanın Regensburger şəhərindəki bir katolik kilsəsində yüzlərlə azyaşlının fiziki istismara və cinsi təcavüzə uğraması ortaya çıxıb.
 
 “Regensburger Domspatzen” adlı uşaq xoru məktəbinin 547 üzvünün 60 ildən çoxdur ki, cinsi təcavüzə uğradığı iddia edilib.
Faktla bağlı istintaq işi açılıb. Araşdırmalar nəticəsində Katolik kilsəsinin 49 üzvünün cinayətdə iştirak etdiyi ortaya çıxıb.
Hadisələrə müdaxilə etməməkdə günahlandırılanlar arasında 16-cı Papa Bendiktin böyük qardaşı, 30 il boyunca xora rəhbərlik edən Corc Ratzingerin də adı var.
Cinayətin qurbanları olan azyaşlılar məktəbin həbsxananı, cəhənnəmi və cəza düşərgəsini xatırlatdığını etiraf edib.
Məsələ ilə bağlı kilsə məktəbindən heç bir açıqlama verilməyib. Vəkil Ulriç Veber araşdırmalar nəticəsində 500 fiziki istismar və 67 cinsi təcavüz faktını ortaya çıxardığını açıqlayıb.
Qeyd edək ki, bu kilsə haqqında açılan ilk məhkəmə prosesi deyil.
2010-cu ildə də cinsi istismar iddiası ilə məktəbə cinayət işi açılmışdı. Kilsə istismarın qurbanlarına 5-20 000 avro arası təzminat təklif etmişdi.