Kılıçdaroğlunu vuran adamın ifadəsi ortaya çıxdı!

Baxış sayı:
11356

 Ankaranın Çubuq rayonunda şəhid cənazəsi əsnasında CHP sədri Kamal Kılıçdaroğlunu vuran Osman Sarıgünün ifadəsi ortaya çıxıb.
 
Şəhidini torpağa verən Yener Kırıkçının atası Mustafa Kırıkçı dünən verdiyi açıqlamada, Kamal Kılıçdaroğlunun cənazəyə gəlməsindən razı olmadığını, gəlməsini istəmədiyini dilə gətirmişdi.
TIR sürücüsü olduğunu ifadə edən Sarığın, o gün baş verənlər haqqında danışıb.
Sarıgün ifadəsində bunları deyib: "Ankaranın Çubuq rayonunda yaşayıram. TIR sürücüsü olaraq çörəyimi qazanıram. Yeyər Kırıkçının şəhid olduğunu sosial mediadan öyrəndim. Canəzə mərasimi günü kəndə gəldim. Məscidə çatanda cənazə namazı qılındı.
Daha əvvəl bir xəbərdə Kamal Kılıçdaroğlunun “PKK/PYD terror təşkilatı deyil” şəklində verdiyi müsahibə ağlıma gələndə Kamal Kılıçdaroğluna yüksək səslə etirazımı bildirdim. Mən qışqırarkən yanımda olan H.Ç, D.K. və A. O. da etiraz etdilər Kılıçdaroğluna.
Sonra da Kamal Kılıçdaroğlunun arxasınca getmək məqsədilə olduğum su anbarından mən və H.Ç. aşağı endik. Top avtomobilinin arxasına doğru yaxınlaşdıq. Bizim tərəfimizdən böyük bir qrup gəldi və mən qaldım. Sonra mənim qaldığım yerin yan hissəsində bir dəhliz açıldı.
O zaman uzun boylu, idman gövdəli iki şəxs mənim çiynimdən itələdi və “çəkil” dedi. O zaman arxamdan bir səs eşitdim. Adam sənə deyir, sən niyə dayanırsan, deyərək qışqırdı. Arxaya dönüb baxanda kimin bu sözü dediyini görmədim və arxamda adam da görmədim.
 
PKK dəstəyi səbəbilə əsəblərimə hakim olmadım
 
PKK tərəfdarı olduğuna dair iddialar məni əsəbiləşdirdi və izdihamda Kamal Kılıçdaroğlunu qarşımda görəndə əsəblərimə hakim ola bilmədim və onu yalnız bir dəfə yumruqla vurdum. Sonra orada olan camaat məni uzaqlaşdırdı.
Cənazə mərasimində çox sayda kənardan gələn adamlar vardı. Mən meydana gələn hadisəyə görə peşmanam. Bu şəkildə bir hadisənin olmasını istəməzdim. Bu hadisə olandan sonra şəhid məzarına getdim. Dua etdikdən sonra saat 15:00 sıralarında maşınla öz yaşadığım evə getdim. Mən evə çatanda kimsə yox idi. Evdə bir az dayandıqdan sonra 15:15 sıralarında qonşum və eyni zamanda qohumun olan F.C.-nin evinə keçdim. Evdə yalnız F.C. vardı. Sonra həyat yoldaşım G.S. gəldi. Saat 16:00 radələrində həyat yoldaşım ilə birlikdə evə keçdim. Evdə televizorda öz şəklimi görəndən sonra yaxalanma qorxusu ilə 16:30 radələrində avtomobil ilə Çubuq rayon mərkəzinə gəldim.
 
Antalyaya gedəcəkdim
 
TIR sürücüsü olan oğlum E.S. sürdüyü TIR ilə Antalyaya gips aparacağını deyəndə məndə onun yük maşını ilə Antalyaya getməyə qərar verdim. Baş verən hadisədən ötəri yaxalanmamaq üçün Antalya rayonuna getmək istədim. Aradan bir neçə gün keçəndən sonra yenidən Antalyaya qayıdacaqdım. Oğlum E.S.-nin sürdüyü TIR-la saat 18:00 radələrində Antalyaya doğru yola çıxdıq.
Mən öz istifadə etməkdə olduğum GSM nömrəmi bağladım. Oğlum ilə birlikdə Eskişehir Sultanhisar rayonuna çatanda jandarm telefonla oğluma zəng etdi. Oğlum və mənlə apardıqları telefon danışığından sonra mən təslim olmağa qərar verdim. Sivrihisar rayonundan Ankara rayonuna gələn təsadüfi bir yük maşını ilə yola çıxdım. Yolda Poladlı rayonunda telefon ilə danışdığım jandarm əməkdaşları məni alaraq Çubuq Rayon Jandarm Komandanlığına gətirdi.
Məni hər hansı bir formada yönləndirən olmadı. Kimsə ilə əlaqəyə keçməmişəm. Kimsə ilə də danışmamışam".

Müxalifət.az