Kılıçdaroğluna ağır sözlər söylədi, istefa verdi

Baxış sayı:
10240

Ötən il Türkiyə Daxili İşlər Nazirliyində vəzifədən kənarlaşdırılan İstanbulun Beşiktaş rayonundan keçmiş bələdiyyə sədri Murad Xəzinədar CHP-dən istefa verib.
Muxalifet.az xəbər verir ki, M. Xəzinədar istefa ərizəsində CHP rəhbərliyini sərt tənqid edib.
O qeyd edib ki, partiya daxilində ona qarşı tələ qurulub. CHP-də siyasi etika, haqq, hüquq, ədalət baxımından dürüstlük olmayıb:
"CHP daxilində problemli siyasət anlayışına qarşı illərlə mübarizə apardım. Partiya başqanının mənə qarşı qurulan oyunlardan xəbəri olmasına rəğmən, heç bir addım atmadı. Onun haqq, ədalətə zidd mövqeyini pisləyirəm".