​Kılıçdaroğlu Seçki Şurası üzvlərini HƏDƏF GÖSTƏRDİ

Baxış sayı:
5524

Partiyasının TBMM-dəki qrup iclasında çıxış edən CHP sədri Kamal Kılıçdaroğlu Ali Seçki Şurasının İstanbul seçkiləri ilə bağlı qərarını tənqid edərək, bu qərarı “qurma” kimi qiymətləndirib və ASŞ üzvlərini hədəf göstərib. Kılıçdaroğlu ASŞ üzvlərini “cinayətkar dəstənin üzvləri” adlandırıb: “ASŞ-dəki qondarma hakimlər demokratiyadan utanırlarmı? Bilmirəm. Hakim adlandırmalarından utanırlarmı? Bilmirəm. Biz əsən küləyə görə yox, qanuna görə qərar verən bir Ali Seçki Şurası istəyirik. O yeddi nəfər ASŞ içərisindəki şəbəkənin üzvləridirlər. 7 qondarma hakim, dəstə üzvü, AKP-nin arxa qapıdakı müəyyən çevrələri ilə hərəkət edib, seçkilərin nəticəsini ləğv elədilər. Qurğunu quran CHP deyil, amma tanımadığımız kimsələrin hələ tam şəkildə bilmədiyimiz nələrisə etdiklərini bilirik. Bu cümləni anlayıb-anlamadığınızı bilmirəm, amma o 7 nəfər hakim bunu bilirlər və seçkini ləğv elədilər. Onlar ASŞ içərisindəki şəbəkənin üzvləridirlər.
Ali Seçki Şurasında işləyən şəbəkə üzvlərinin adlarını bəyan edirəm: Muharrem Akkaya, Nakiddin Buğday, Erhan Çiftçi, Zeki Yiğit, Faruk Kaymak, İlhan Hanağası, Refik Eğri. Əyri soyadı nə qədər mənalıdır, elə deyilmi? Bunlar ASŞ içərəsindəki şəbəkə üzvləri, qondarma hakimlərdirlər”.