Kılıçdaroğlu, PKK-ya necə baş əydiyini açıqla - Baxçalı

Baxış sayı:
4459

Cənab Kılıçdaroğlu yenə baltanı daşa vurub.
Muxalifet.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı CHP sədri Kamal Kılıçdaroğlunun haqqında səsləndirdiyi ittihamlara cavab olaraq sosial şəbəkələrdə yazıb. O, Türkiyənin Sakarya şəhərindəki silah zavodunun Qətərə satılması ilə bağlı iddiaları təkzib edib:
“Dünən səhər əməli, hədəfi bəlli məlum televiziya kanalında CHP sədrinin şəxsimlə bağlı dediklərinə ibrətlə baxdım. Millətçilik məsələsindəki ittihamlarını, ağlının dibini gülümsəyərək izlədim. Bir tərəfdən Sakaryadakı silah zavodunun satılmasına niyə səssiz qaldığımı soruşur, digər tərəfdən də “Baxçalıdan cavab gözləmirəm” deyir. Kılıçdaroğlu tam olaraq yalan və aldatma yuvasıdır. Bax, cənab Kılıçdaroğlu, qəlbin çürük olsa da, mənə qulaq ver. Düzdür, millətçilik sözlə olmaz. Onsuz da səndən millətçi olmaz. Vətənə, bayrağa, orduya qəsd edənlərlə ittifaq qurmuş birinin ağzına alacağı nə millət, nə millətçilikdir, sadəcə rəzalətdir. Ortada satış olmadığı halda "var" demək yalandır. "Hər şey bitdi və Qətər ordusu aldı" demək saxtakarlıqdır. Nədən narahat olursan? Müdafiə sənayesində milliliyin 68 faizə çıxmasındanmı? Sakarya və ətrafının müdafiə mərkəzi olmasından qorxur. Çünki HDP-nin yanında üzü qara çıxacaq, PKK-ya verdiyi sözün altında əziləcək. Cənab Kılıçdaroğlu, bunları bir kənara qoy, hara xidmət etdiyindən danış. Zillət ittifaqı ilə PKK-ya necə baş əydiyini açıqla”.