Kılıçdaroğlu həbs olunacaqmı? - Ərdoğan cavab verdi

Kılıçdaroğlu doğulmamış uşağa paltar biçir. Mənim gündəmimdə elə bir şey yoxdur.
 
Türkiyə mətbuatı xəbər verir ki, bu sözləri CHP lideri Kamal Kılıçdaroğlunun həbs edilməsilə bağlı müzakirələrə aydınlıq gətirən prezident Rəcəb Tayyib Ərdoğan İordaniya səfərindən qabaq Atatürk Hava Limanında jurnalistlərə açıqlamsında deyib.
Ölkə başçısı jurnalistlərə tam olaraq belə cavab verib:
“Bu fikri şərh edə biləcək dəqiq bir ifadə tapa bilmirəm. Kılıçdaroğlu doğulmamış uşağa paltar biçir. Məhkəmədən-filan belə bir şey eşitmisizmi? Sizə belə bir məlumat sızdımı? Özünü gündəmdə saxlamaq üçün belə fikirlər tirajlayır. Mənim gündəmimdə belə bir şey yoxdur”.