​Kikboksinq üzrə üçqat dünya çempionu vəfat etdi

Saxa respublikasının ərazisində kikboksçu İnnokentiy Makarovun meyiti tapılıb.
Muxalifet.az xəbər verir ki, üçqat dünya çempionu 17 noyabr tarixindən itkin düşmüş sayılırdı. İstintaq komitəsi qətl işi üzrə cinayət işi qaldırıb. 
Makarovun meyiti Vilyuysk yolundakı meşə massivində tapılıb. İdmançının meyitində xəsarətlər aşkar edilib.
Kikboksçunu qətlə yetirməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.
Qeyd edək ki, Makarov 1994-2000-ci illər arsında üç dəfə dünya çempionu tituluna layiq görülüb.