​Keşlədə qadına qarşı quldurluq edildi

Baxış sayı:
7963

Paytaxtda qadının çantasını zorla ələ keçirən şəxs tutulub.
Nizami RPİ 23-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Keşlə qəsəbəsi ərazisində bir qadına zor tətbiq edərək içərisində pul və maaş kartı olan çantasını almaqda şübhəli bilinən Şamaxı rayon sakini Tural İsrafilov saxlanılıb.
Saxlanılan şəxs polisə ifadəsində törətdiyi əməli etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.