Keşişdən rəzil davranış: 7 UŞAĞA CİNSİ TƏCAVÜZ

Baxış sayı:
1729

Çilidə uşaqlara cinsi istismar ittihamı iddiasıyla haqqında cinayət işi açılan bir keşiş saxlanılıb.
 
Prokuror Emiliano Ariasın göstərişi ilə nəzarətə alınan 56 yaşındakı keşiş Oskar Munyoz Toledo, 7 uşağa cinsi təcavüz etməklə günahlandırılır.
Daha əvvəl Santyaqonun arxiyepiskopu olan Toledonun bu gün məhkəmə qarşısına çıxarılması gözlənilir.
Eyni ittihamla 14 keşiş haqqındakı istintaq davam edir.
Mart ayında başlayan istintaq çərçivəsində ilk dəfə bir keşiş saxlanılıb.
Qeyd edək ki, polis, istintaq çərçivəsində paytaxt Santyaqo ilə Rancagua şəhərindəki bəzi kilsələrin ofislərində axtarış aparıb.

Müxalifət.az