Keşiş idi, cinsiyyətini dəyişib məşhur model oldu - Fotolar

Baxış sayı:
3238
Dünyanın ən gözəl qadınlarından biri sayılan Mimi Taonun həyat hekayəsini eşidənlər qulaqlarına inana bilmirlər.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı model kişi olaraq dünyaya gəlib.

12 yaşında keşiş olmaq üçün Taylanda bir məktəbə yazılıb. Lakin sonradan özünü qız kimi hiss etdiyini və ora aid olmadığını görüb məktəbdən ayrılıb. Ailəsi və cəmiyyətin onun cinsiyyət dəyişdirmə fikrinə yaxşı baxmayacağını bilən Mimi Sinqapura köçüb. Orada Yui adlı modellə tanış olur və Yui ona 3 ay pulsuz modellik dərsi keçib. 

Daha sonra əməliyyata girərək cinsiyyətini dəyişdirən Tao bir çox şirkətlərdən və model agentliklərindən təkliflər alıb. Taylanda geri dönənsə isə artıq məşhur simalardan biri olub.