Keşiş Brunsonun vəkili danışdı

Baxış sayı:
1867

Müvəkkilinin sərbəst olduğunu deyən vəkil Halavurt, "Elektron qandal çıxarılır, ölkə xaricinə gedə bilər" deyib.
 
Brunsonun vəkili İsmayıl Cəm Halavurt," Müvəkkilim artıq azaddır, kiçik bir cəza verildi. İstədiyi yerə gedə bilər. Dolayısıyla ədliyyə nəzarəti də qaldırıldı. Elektron qandalı çıxarılır. Ev həbsi qadağası da qalxdı, ölkə xaricinə də çıxa bilər" deyib.
Bir jurnalistin “Amerikaya necə gedəcək" sualına, "Təbii ki, təyyarə ilə gedəcək” cavabını verib.
Müxalifət.az