“Keşiş Brunsonu öldürüb, Türkiyənin üzərinə atacaqlar” – KEÇMİŞ FTB CASUSU

Baxış sayı:
3718

Bir zaman Amerikanın daxili kəşfiyyatı kimi tanınan Federal Təhqiqatlar Bürosu (FTB) üçün işləyən Sibel Edmonds, xarici kəşfiyyat (MKİ) içində dərin bir şəbəkənin olduğunu və bu hadisəni ört-basdır etməyə çalışdığına diqqət çəkib:
 
 "Nə vaxt ki, keşiş Brunson ilə bağlı bir irəliləyiş olarsa, MKİ içindəki bu dərin struktur hadisəyə müdaxilə edir. Keşişin həyat yoldaşı Naurin Brunsonu istifadə edərək beynəlxalq qurumlara Türkiyəni işgəncə və pis rəftar kimi cinayətləri işləmiş kimi göstərirlər. Halbuki Türk dövləti onun həyatını xilas edir. Çünki MKİ içindəki bu dərin struktur Brunsonu Türk həbsxanasında ikən zəhərləyərək öldürməyi və hətta bu cinayəti Türkiyənin üstünə atmağı düşünür"
Sibel Edmondsa görə, FETÖ-çularla əməkdaşlıq edən MKİ daxilindəki bu dərin şəbəkə indi Brunsonu istifadə edir:
"Türkiyə də öz tərəfindən münasibətlərini qüsursuz bir şəkildə islah və düzəltməyə çalışır. Halbuki münasibətlərin pisləşməsində Türkiyə günahkar və məsul deyildi. Obama rəhbərliyi ilə Türkiyənin arası, MKİ daxilində olan bu şəbəkənin FETÖ-çularla əməkdaşlığı sayəsində Türkiyəni hədəf alması və çevriliş cəhdində olması ilə pozulmağa başladı".
 
KEŞİŞ BRUNSON MƏSUM DEYİL
 
"Bəzi Türk mətbuatına sızan dəlilləri və bu insanın bəzi aktorlarla münasibətlərini dəyərləndirdikdən sonra bu şəxsin günahsız olduğuna dair şübhələrim azaldı. Məsələn, bu insanın keçmiş MKİ əməkdaşı Qrehem Füller ilə olan əlaqəsinə baxıram ki, Güller 1993-dən bəri Klinton dövrünün ən güclü adamlarından və birbaşa olaraq Gladio-B əməliyyatı, Boston-Manhattan partlayış hadisəsiylə əlaqəli biridir. Və yenə keşiş Brunsonun yüksək səviyyəli Hərbi və MKİ əməkdaşları ilə olan ünsiyyətinə baxaraq bu şəxsin günahsız olduğunu düşünmürəm. Və ABŞ-ın bu adamı mühakimə olunmadan almaq üçün etdiyi təzyiqinin digər səbəbi isə, ABŞ-ın bu məlumatların Türk məhkəmələrində üzə çıxmaması ilə əlaqadardır. Çünki bu, ABŞ üçün utandırıcı olmaqla bərabər, MKİ-nin Türkiyədə və ya regionda mövcudluğundan imtina etmə səbəbi yaradacaqdır".
Müxalifət.az