Keşiş Brunson böhranı ilə bağlı “NATO” xəbərdarlığı!

Baxış sayı:
2536

Almaniya Azad Demokrat Partiyasının (FDP) Federal Məclisdəki qrup başqan vəkili Aleksandr Lambsdorff, Türkiyə və ABŞ-a keşiş Brunson böhranına son qoymaq çağırışı edib. Lambsdorff, müttəfiqlərə NATO-nu zəiflətməmələri ilə bağlı müraciət edib.
 
Alman vəkil Aleksandr Lambsdorff Amerikalı keşiş Endryu Brunsonın Türkiyədə mühakimə olunması səbəbindən Ankara ilə Vaşinqton arasında baş verən gərginliyin danışıqlar yolu ilə həll edilməsini tələb edib.
Lambsdorff Alman Xəbər Agentliyinə (DPA) verdiyi açıqlamada, "Xarici siyasi narahatlıqların artmaqda olduğu bir dövrdə NATO müttəfiqlərinin qarşılıqlı təhdidlərlə kifayətlənməyib, sanksiyalara əl atmasının yaxşıya işarə olmadığını" söyləyib.
Liberal siyasətçi, İttifaq nəzdindəki həmrəyliyin daha çox zərər görməməsi üçün ABŞ və Türkiyə, keşiş Brunson üzündən çıxan diplomatik böhranı sona çatdırmalıdır - deyib.
Qeyd edək ki, Tramp rəhbərliyi Türkiyənin ədalət və daxili işlər nazirlərinə sanksiya tətbiq etmə qərarı almış, bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi də bu addımın qarşılıqsız qalmayacağını bildirmişdi.
Müxalifət.az