Keşikçidağla bağlı ilk iclas - Açıqlama

Baxış sayı:
5494

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın Bakıda bu gün başlayan ilk iclasında ekspertlər səviyyəsində görüş olub. Muxalifet.az xəbər verir ki, bu barədə komissiyanın Gürcüstan tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib. Onun sözlərinə görə, sabah komissiyanın iclası davam etdiriləcək: "İclasın ilk günündə tərəflər bir-birlərinə öz mövqe və arqumentlərini təqdim ediblər. Sabah iş davam etdiriləcək. Buna görə də nəticələr barədə danışmaq hələ tezdir". Daha əvvəl Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib ki, Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib.