​"Keşikçi Dağ məsələsini şişirtmək lazım deyil" - Ziyafət Əsgərov

Baxış sayı:
9217

“Bəzi qüvvələr Gürcüstanla Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyirlər. Gürcüstanda da bəzi naşı siyasətçilər bu məsələni qabardırlar”. Muxalifet.az ona-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə Mili Məclisin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Z. Əsgərov deyib ki, 1990-cı illərin əvvəlində bəzi Gürcüstan rəhbərləri azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti həyata keçiriblər: “Azərbaycanla Gürcüstan arasında Keşikçi Dağ məsələsini şişirtmək lazım deyil, bu məsələ həllini tapacaq”.