Kerri və Netanyahudan QARŞILIQLI İTTİHAMLAR: İSRAİL FƏLƏSTİNLİLƏRLƏ BARIŞMAQ İSTƏMİR

 Keçmiş ABŞ xarici işlər naziri Con Kerri İsrail hökümətini ittiham edəcək çıxış edib. Bildirib ki,, İsrail Fələstin rəhbərliyi ilə barışmaq istəmir. İsrail hökumətinə mənsub  nazirlərin çoxu bir Fələstin dövlətinin qurulmasını qəbul etmir.
 
İsrailin Kanal 10 televiziyasının yaydığı səs qeydində, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində keçirilən bir toplantıda Con Kerri, "İndiki İsrail hökuməti Fələstin rəhbərliyi ilə hesablaşmaq istəmir. İsrail hökumətinə mənsub nazirlərin çoxu bir Fələstin dövlətinin qurulmasını istəmir" deyə, çıxışı zamanı bildirib.
"Fələstinlilər zora əl atmamaq üçün çox səy göstərdilər" deyən Kerri, "Əgər sənin sülh istəyən liderlərin yoxsa, əgər vəziyyət dəyişməzsə, qarşıdakı on il ərzində bəzi gənclərin keçən otuz ildə şiddətə müraciət etmədik, nə əldə etdik, deyə sormasalar, təəccüblənirəm" deyə, söyləyib.
 İsrailin baş naziri Netanyahunun Kerrinin fikirlərinə cavab reaksiyası gecikməyib. İsrailin Kanal 7 televiziyasının xəbərinə görə, Kerrinin açıqlamalarına reaksiya verən İsrail baş naziri, "Baş Nazir (Binyamin Netanyahu) İsrail dövlətinin təhlükəsizlik və milli maraqları üçün sərt mövqe nümayiş etdirməy davam edəcəkdir. Onu güzəştə getməyə sürükləyənlər bunu bacara bilmədikləri üçün ondan məmnun deyillər" deyə, açıqlama verib.
Fələstinin Balfor Bəyannaməsi üçün İngiltərəni məhkəməyə verdiyi ifadə edilən açıqlamada, "Hər şeydən əvvəl sülhün bərpa edilməməsinin səbəbi Fələstinlilərin heç bir sərhəd üzərində İsraili tanımağa yanaşmamasıdır. İndi də İngiltərəyə Balfor Bəyannaməsinə görə, cinayət işi açırlar. Con Kerrinin bunu başa düşməməsi təəssüf vericidir",deyilib.
Keçmiş prezident Barak Obama dövründə ABŞ Xarici İşlər Nazirliyinə rəhbərlik edən Kerri, 2013-2017 illər arasında vəzifədə qaldığı müddətdə İsrail-Fələstin sülh danışıqları üçün çalışdı, ancaq müvəffəq ola bilmədi.
İsrail ilə Fələstin arasındakı sülh danışıqları İsrailin, "1967-cı il sərhədlərini, məcburi köçə məruz buraxılan Fələstinlilərin geri dönüş haqqını və Yəhudi yaşayış məntəqələri tikintisinə son verməyi qəbul etməməsi" səbəbilə 2014 ilin aprelində dayanmışdı.
Müxalifət.az